Menyu

Hava gəmiləri üçün təhlükəli quşların toplandığı obyektlər quranlar 10 min manatadək cərimələnəcək

Nərmin Qocamanlı
Hava gəmiləri üçün təhlükəli quşların toplandığı obyektlər quranlar 10 min manatadək cərimələnəcək

Hava gəmilərinin uçuşları üçün təhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlər quranlar 10 min manatadək cərimələnəcək.

Operativ Media xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, müvafiq icazə olmadan pirotexnik məmulat yandırılmasına, yaxud hava gəmilərinin uçuşları üçün təhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlər qurulmasına görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə ediləcək.

Hazırda bu əmələ görə əlli manat məbləğində cərimə tətbiq olunur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər