Menyu

Mikayıl Cabbarov "Boston Consulting Group"un direktoru ilə görüşüb

Əsəd Abbaslı
Mikayıl Cabbarov "Boston Consulting Group"un direktoru ilə görüşüb

"Boston Consulting Group"la innovasiya və rəqəmsal həlləri təşviq edən strategiyaların iqtisadi proseslərə təsirləri müzkirə olunub.

İqtisadiyyat Nazirliyindən Operativ Media-a verilən məlumata görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov "Boston Consulting Group"un (BCG) idarəedici direktoru və baş tərəfdaşı, BCG Henderson İnstitutunun sədri Martin Rivz ilə görüşüb.

Görüşdə ölkəmizdə rəqəmsal transformasiyanı, innovativ düşüncə tərzini təşviq edən, dövlət və özəl sektoru bir araya gətirən təşəbbüslərin dəstəklənməsi və ekosistemin qurulması istiqamətində reallaşdırılan tədbirlər barədə məlumat verilib.

Tərəflər innovasiya və rəqəmsal həllərə dair strategiyaların iqtisadi proseslərə təsiri, qlobal ticarətin şaxələnməsi şəraitində ölkəmizin malik olduğu potensialın dəyərləndirilməsi və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər