Menyu

Bakı Metropolitenində yeni təyinat olub

Nərmin Qocamanlı
Bakı Metropolitenində yeni təyinat olub

İnarə Vəliyeva "Bakı Metropoliteni" QSC sədrinin müşaviri təyin edilib.

QSC-dən Operativ Media-ya verilən məlumata görə,,İnarə Vəliyeva 1986-cı ildə anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsində bakalavr, 2007-2010-cu illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində magistr təhsili alıb.

2007-2014-cü illərdə “Procter&Gamble” şirkətində marketinq və brend menecmentliyi sahələrində regional rəhbər
vəzifələrində, 2015-2021-ci illərdə “Dərs evi" tədris mərkəzinin direktor müavini vəzifəsində çalışıb.

2014-cü ildən fərqli sektorlarda marketinq, brend menecmentliyi, kommersiya sahələrində konsultasiya xidmətləri göstərib.

2021-ci ildən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində müxtəlif qurumlarda rəhbər vəzifələrdə çalışıb. Məlumat Hesablama Mərkəzi, “Azintelecom”da sədr müavini, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri vəzifələrində çalışıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər