Paytaxta sulu qar, bölgələrə qar yağır - FAKTİKİ HAVA
Fevralın 20-i saat 12:00-a olan məlumata əsasən, ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir.
Bu barədə Operativ Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Şuşa, Xankəndi, Kəlbəcər, Laçın, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Tovuz, Qazax, Ağstafa, Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şahdağ, Şabran, Yardımlı, Lerikdə qar yağır.
Bakıda və Abşeron yarımadasında isə arabir sulu qar müşahidə olunur.
Narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti 25 m/s-dir. Dənizdə dalğanın hündürlüyü 3.5 metrdir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net