Menyu

İşləyən şəxslərin pensiyaları necə artırılacaq?

İşləyən şəxslərin pensiyaları necə artırılacaq?

2025-ci ilin yanvarın 1-dən etibarən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılıb.

Operativ Media xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial şəbəkə hesabında fikirlərini bölüşüb.

O bildirib ki, mövcud qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən pensiyaçıların pensiyası sonradan toplanmış kapitala uyğun olaraq altı ildən sonra yenidən hesablanaraq pensiyaya əlavə olunur:

"Altı ildən sonra vətəndaşın fərdi hesabının sığorta hissəsində ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla pensiya kapitalı qeydə alınır. Pensiyada yeni artım üçün işlədiyi dövr üzrə toplanmış pensiya kapitalı 72-yə (144 - 72 (pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayı) bölünməklə pensiya məbləği yenidən hesablanır.

Bununla yanaşı, işləyən vətəndaşlarımızın pensiyalarında bu il iki dəfə artım mümkündür. Həmin şəxsin aldığı pensiya mövcud qaydlara əsasən 8.1 faizə indeksləşdirilərək artırılır. Daha sonra onun altı illik iş müddəti tamamlanırsa pensiyasına əlavə olunur".

Teqlər:

"\u0130\u015fl\u0259y\u0259n \u015f\u0259xsl\u0259rin pensiyalar\u0131 nec\u0259 art\u0131r\u0131lacaq?"

Əlaqəli Xəbərlər