Menyu

Kitabxanalar və muzeylərin gəlirlərindən istifadə ilə bağlı qaydalar dəyişdi

Kitabxanalar və muzeylərin gəlirlərindən istifadə ilə bağlı qaydalar dəyişdi

Prezident İlham Əliyev “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Operativ Media Prezidentin mətbuat xidmətindən verilən məlumata istinadən xəbər verir ki, “Kitabxana işi haqqında” sənədə əsasən, kitabxanalar qanunvericilikdə müəyyən olunmuş qaydada nizamnamələrinə uyğun olaraq təsərrüfat fəaliyyəti ilə məşğul ola bilərlər. Bu fəaliyyətdən əldə edilən vəsaitdən (qeyri-dövlət kitabxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq istifadə edilir.

“Muzeylər haqqında” sənədə əsasən, muzeylər qanunvericilikdə müəyyən olunmuş qaydada nizamnamələrinə (əsasnamələrinə) uyğun olaraq təsərrüfat fəaliyyəti ilə də məşğul ola bilərlər. Bu fəaliyyətdən əldə edilən vəsaitdən (bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan muzeylər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq istifadə edilir.

Teqlər:

"Kitabxanalar v\u0259 muzeyl\u0259rin g\u0259lirl\u0259rind\u0259n istifad\u0259 il\u0259 ba\u011fl\u0131 qaydalar d\u0259yi\u015fdi"

Əlaqəli Xəbərlər