Menyu

Bakı Metropoliteni qarlı-şaxtalı havalara tam hazırdır

Nərmin Qocamanlı
Bakı Metropoliteni qarlı-şaxtalı havalara tam hazırdır

Metropoliten qarlı-şaxtalı havalara tam hazırdır. Stansiyaların qum, duz ehtiyatı ilə hazırlığı tam yerinə yetirilib və nəzarət altında saxlanılır. Vacib məsələlərdən biri də alət və avadanlıqların hazır olmasıdır.

Operativ Media xəbər verir ki, bu sözləri “Bakı Metropoliteni” QSC-nin Kommunikasiya departamentinin rəisi Şaban İmkani deyib

O bildirib ki, bundan savayı, qarın, buzun təmizlənməsinə dərhal cəlb ediləcək işçilər də müəyyənləşdirilib:

“Stansiyalarda yalnız girişlər təmiz saxlanmalıdırsa, ən çətin vəziyyətlər depo şəraitində yarana bilər. Çünki qatarlar təkcə gecə deyil, gündüz də daim depoya daxil olur, ya da depodan xəttə verilir.

"Qatarları bir yoldan digərinə keçirən yoldəyişdiricilərin  hamısı qardan və buzdan təmiz saxlanmalıdır. Buna görə depolarda Qarla mübarizə qərargahları fəaliyyət göstərir. Cəlb olunacaq işçilər, onların hazırlığı davamlı yoxlanılır. Amma ən vacibi – qarı yoldəyişdiricilərdən təmizləyən üfürücü qurğuların hazırlığı hər gün, hər növbədə yoxlanılır. Bir sözlə, metroda qarla bağlı problem gözlənilmir”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər