Menyu

Bakıda sürüşmə ehtimalı olan küçə və prospektlərə duz səpilib

Əsəd Abbaslı
Bakıda sürüşmə ehtimalı olan küçə və prospektlərə duz səpilib

Paytaxt Bakıda xüsusi təyinatlı texnika tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib.

Bu barədə Operativ Media-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, axşam saatlarından etibarən qurumun kommunal strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Bununla əlaqədar müxtəlif ərazilərdə texniki duz toplanan məntəqələr yaradılıb.

Qeyd edək ki, ümumilikdə bu işlərə 100-ə yaxın xüsusi texnika və 2000-ə yaxın işçi qüvvəsi cəlb edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər