İndiyədək qeyri-yaşayış obyektlərinə verilən çıxarışların sayı açıqlanıb
Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən istismarına icazə verilən obyektlərə çıxarışın verilməsi davam edir.
Dövlət Xidmətindən Operativ Media-ya verilən məlumata görə, fərmanın icrasına başlanıldığı dövrdən 1 fevral 2025-ci il tarixinədək ümumilikdə 14.852 yerquruluşu planı hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
Bildirilib ki, istismara icazə sənədi almış 2.037 qeyri-yaşayış obyektinə dövlət reyestrindən çıxarış verilib.
Məlumata götə, sözügedən fərmanın icrası çərçivəsində çıxarış verilən qeyri-yaşayış obyektləri daha çox Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşir