Xocalıda mina partlayışı ilə bağlı araşdırma aparılır - YENİLƏNİB
Əsəd Abbaslı
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin məlumatına görə, işğaldan azad edilmiş Xocalı rayonunun Ulubaba kəndi ərazisində 2025-ci il 21 fevral tarixində mina hadisəsi baş verib.
Operativ Media xəbər verir ki, Ağdam rayon sakini, 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.
Hadisə nəticəsində İmanov Nağı ayağından xəsarət alıb.
Faktla bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılır.
DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.
20:39
Minaya düşən şəxs təcili tibbi yardım heyyəti tərəfindən partlayış baş verən ərazidən götürülüb.
Operativ Media xəbər verir ki, hazırda o, Bərdə Diaqnostika Mərkəzinə aparılır.
Qeyd edək ki, əslən Ağdərə rayon Sırxavənd kəndindən olan N. İmanov silahlı qüvvələrin ehtiyata buraxılmış giziridir.
Bundan başqa Qarabağ müharibəsinin ilk illərində ermənilər onun atasını və qardaşını faciəvi şəkildə qətlə yetiriblər.
19:00
Xocalı rayonunda mina partlayışı hadisəsi baş verib.
Operativ Media xəbər verir ki, hadisə Xocalı rayonu ərzisində qeydə alınıb.
Belə ki, "Azərbaycan Bayrağı Ordeni" ilə təltif edilmiş Qarabağ müharibəsi iştirakçısı Nağı İmanov mina partlayışı nəticəsində xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım heyəti cəlb edilib.
Onun səhhəti ilə bağlı hələlik dəqiq məlumat yoxdur.
Teqlər:
"Xocal\u0131da mina partlay\u0131\u015f\u0131 il\u0259 ba\u011fl\u0131 ara\u015fd\u0131rma apar\u0131l\u0131r - YEN\u0130L\u018fN\u0130B"