Menyu

Avtomobilin aşırdığı işıqfor müvəqqəti daşınan svetoforla əvəz olunub

Əsəd Abbaslı
Avtomobilin aşırdığı işıqfor müvəqqəti daşınan svetoforla əvəz olunub

Ötən gün Bakıda yolların buz bağlaması səbəbindən sürüşən avtomobilin aşırdığı işıqfor müvəqqəti daşına bilən işıqforla əvəz olunub.

Operativ Media "Report"a istinadən xəbər verir ki, bu barədə Nəqliyyatın İntellektual İdarətmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırov məlumat verib.

NİİM rəsmisi xatırladıb ki, ötən gün paytaxtın Nəsimi rayonu, Hüseynbala Əliyev və Hüseyn Seyidzadə küçələrinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 1 ədəd svetofor yararsız vəziyyətə düşmüşdü:

"Hazırda davam edən qeyri-sabit hava şəraiti səbəbindən yeni svetofor dirəyinin beton bünövrəsinin atılması mümkün olmayıb. Yol hərəkəti iştirakçılarının təhlüksizliyini təmin etmək məqsədilə qeyd edilən kəsişmə müvəqqəti daşına bilən svetoforla təmin edilib".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər