AYNA velosiped parkinqləri üçün 1,1 milyonluq konstruksiyalar alır
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) velosipedlərin parklanması üçün konstruksiyalar (quraşdırma daxil) alır.
Operativ Media xəbər verir ki, artıq bununla bağlı agentlikdə müvafiq işlər start götürüb.
Alınacaq konstruksiyaların materialının paslanmayan metal ( nikel) olması və paslanma ilə bağlı 2 illik zəmanət verilməsi əsas şərtlərdəndir.
Eyni zamanda, bildirilir ki, hər konstruksiya 4 anker ilə yerə bərkidilməlidir. Bundan başqa, 1 konstruksiyada 5 velosipedin parklanması nəzərdə tutulur (5 yerlik).
AYNA sözügedən işlərin icrasının 1,1 milyon manata başa gələcəyini ehtimal edir.
Trend
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net