ADY: Kəskin hava şəraiti ilə əlaqədar qatarlara tələbat artıb
Kəskin hava şəraiti ilə əlaqədar qatarlara tələbat artıb.
Bu barədə Operativ Media-ya Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib.
Bildirilib ki, reysə çıxan qatarlar tam doluluqla yola düşüb. Çünki, qarlı-şaxtalı hava şəraitində sərnişinlər təhlükəsiz nəqliyyat vasitəsi kimi qatarla səyahətə üstünlük veriblər.
Məlumatda vurğulanıb ki, Bakı-Qəbələ-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən qatarlar, eləcə də Bakı-Ağstafa istiqamətində tələbata əsasən əlavə qatar da 100% doluluqla yola düşüb.
"Sərnişinlərimizin rahatlığı və təhlükəsizliyi üçün hər zaman əlavə tədbirlər görür, tələbatı qarşılamaq üçün reyslərimizi artırır, xidmət keyfiyyətimizi yüksəldirik", - ADY-dən bildirilib.
Teqlər:
"ADY: K\u0259skin hava \u015f\u0259raiti il\u0259 \u0259laq\u0259dar qatarlara t\u0259l\u0259bat art\u0131b"