Mingəçevir su anbarında batdıqları ehtimal olunan şəxslərin axtarışı davam edir
FHN tərəfindən Mingəçevir su anbarında batdıqları ehtimal olunan vətəndaşların axtarışları davam etdirilir.
Operativ Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumata görə, fevralın 19-da Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində batdıqları ehtimal olunan 1999-cu il təvəllüdlü İsmayılov Müşviq Rəhim oğlu və 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir.
Hazırda müşahidə edilən kəskin və əlverişsiz hava şəraitinə baxmayaraq FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən vətəndaşların axtarışları batdıqları ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.
Teqlər:
"Ming\u0259\u00e7evir su anbar\u0131nda batd\u0131qlar\u0131 ehtimal olunan \u015f\u0259xsl\u0259rin axtar\u0131\u015f\u0131 davam edir"