Menyu

Bərdədə kütləvi zəhərlənmə olub

Əsəd Abbaslı
Bərdədə kütləvi zəhərlənmə olub
1 dəq oxu

Bərdə rayonunun Həsənqaya kəndində yas mərasimində kütləvi zəhərlənmə qeydə alınıb. Onların dəm qazından zəhərlənməsi ehtimal edilir.

Operativ Media xəbər verir ki, 10-dan çox şəxs ürəkbulanma, halsızlıq şikayətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Xəstəxanaya çatdırılan şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra 1 nəfər xəstəxanada saxlanılaraq, qalanları evə buraxılıb.

Əlaqəli Xəbərlər