ADY: Hava şəraiti ilə əlaqədar olaraq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi davam etdirilir
Əsəd Abbaslı
ADY tərəfindən qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar olaraq, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
Operativ Media xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.
Bildirilir ki, ölkə boyunca dəmiryol vağzal, stansiya və dayanacaqlarında sərnişin qatarlarının qarşılanıb yola salınması, piyada keçidi və körpülərinin, platformaların qardan təmizlənməsi, xüsusi örtüklü cığırların salınması üçün fasiləsiz iş görülür:
"Bununla yanaşı, sərnişinlərin sürüşmə təhlükəsi ilə bağlı məlumatlandırılması üçün platformalarda təhlükəsizlik nişanları qoyulub. Hər bir sərnişinin təhlükəsizliyi bizim üçün çox önəmlidir. Hava şəraiti sabitləşənədək analoji tədbirlər davam etdiriləcək".
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma