Bakı metrosu gücləndirilmiş iş rejimində çalışır
Əsəd Abbaslı
"Bakı Metropoliteni" QSC qarlı, soyuq havalarda rahat və təhlükəsiz səfərlər üçün sərnişinlərə metrodan istifadəni tövsiyə edir.
QSC-dən Operativ Media-a bildirilib ki, Bakıda qeyri-sabit hava şəraiti davam edir.Gecədən yağan qar yollarda bir sıra çətinliklər yaratsa da, metro stansiyalarının girişlərində təhlükəsiz hərəkət tam təmin edilib.
Stansiyaların girişi mütəmadi olaraq qardan təmizlənir, sürüşmələrə qarşı pilləkənlərə duz və qum səpilir.
Əlverişsiz havada metroya üz tutanları vaxtında mənzil başına çatdırmaq üçün Bakı metrosu gücləndirilmiş iş rejimində çalışır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net