Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb
Əsəd Abbaslı
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb.
Operativ Media xəbər verir ki, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə 23 fevral 2025-ci il tarixində Naxçıvan Muxtar Respublikasına, cənub və şimal rayonlarına yola düşməli axşam reysləri müvəqqəti dayandırılıb.
Qeyd edək ki, mövcud hava şəraiti diqqətlə izlənilir və sərnişinlər dəyişikliklər barədə məlumatlandıracaq.
Vətəndaşlardan yarana biləcək suallarla bağlı [email protected] elektron poçt ünvanı və ya 1414 Çağrı Mərkəzi ilə əlaqə saxlamaları xahiş olunur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net