Menyu

Sabah bir sıra universitetlərdə dərslər onlayn formada keçiriləcək - YENİLƏNİB

Əsəd Abbaslı
Sabah bir sıra universitetlərdə dərslər onlayn formada keçiriləcək - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, sabah qarlı hava şəraiti ilə əlaqədar bir çox ali təhsil müəssisəsində dərslər onlayn formatda keçiləcək.

Operativ Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) da onlayn formata keçib. 

Bu gün axşam saatlarında tələbələrə sabahkı dərslərin onlayn formatda keçiriləcəyi açıqlanıb.

Onlayn rejim DİA-da 2 gün davam edəcək. 

20:20

Ölkədə müşahidə olunan hava şəraiti ilə bağlı sabah (24 fevral) Azərbaycanda ali məktəblərdə dərslər onlayn formada keçiriləcək.

Operativ Media xəbər verir ki, bu barədə universitetlərin sosial media hesablarında məlumat verilib.

Həmin universitetlər UNEC, ADNSU, AzTU, və SDU Universitetləridir.

Qeyd edək ki, hazırda Bakıya və Azərbaycanın əksər rayonlarına güclü küləklə müşayiət olunan qar yağır. Bakıda və Abşeron yarımadasında 23-24 fevral gecəsi 3-5, 24-25 fevral gecəsi 6-8 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq.

Ölkəmizin dağlıq rayonlarında isə gündüz 10, gecə isə 24 dərəcəyə qədər şaxta, aran rayonlarında gecə 4 dərəcə şaxta, gündüz isə 1 dərəcə şaxtadan 4 dərəcəyə qədər isti gözlənilir. 

Teqlər:

"Sabah bir s\u0131ra universitetl\u0259rd\u0259 d\u0259rsl\u0259r onlayn formada ke\u00e7iril\u0259c\u0259k - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər