Dövlət mənzil fonduna aid binaların təmirinə 48 milyon manatdan çox vəsait xərclənəcək
Nərmin Qocamanlı
Dövlət mənzil fonduna aid binaların təmirinə başlanılacaq.
Operativ Media xəbər verir ki, bununla bağlı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC iki tender elan edib.
Birinci müqavilədə Bakı şəhərinin, Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ, Pirallahı rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmirinin satın alınması nəzərdə tutulur. Müqavilənin məbləği isə 24,5 milyon manatdır.
Digər müqavilə üzrə isə Bakı şəhərinin, Nəsimi, Yasamal, Xətai, Suraxanı, Sabunçu rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmirinin satın alınması nəzərdə tutulur. Bu müqavilənin ehtimal olunan qiyməti 24 milyon manatdır.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma