Menyu

Növbəti köç karvanı Xocalının Ballıca kəndinə yola salınıb

Növbəti köç karvanı Xocalının Ballıca kəndinə yola salınıb
1 dəq oxu

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.

Operativ Media  xəbər verir ki, fevralın 24-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalının Ballıca kəndinə yola salınıb.

Bu mərhələdə Ballıca kəndinə 22 ailə - 95 nəfər köçürülüb. 

 

Əlaqəli Xəbərlər