Menyu

Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq şöbə rəisinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb

Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq şöbə rəisinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb

2015-2020-ci illərdə Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Operativ Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatət təqdim edib.

O, zərərçəkmiş qismində tanınan Bakı Şəhər Halqası Əməliyyat şirkətinin nümayəndələrinin dindirilməsini xahiş edib. Vəkil əlavə edib ki, həmin şirkətdə aparılan audit yoxlaması ilə bağlı sənəd məhkəməyə təqdim edilməlidir: "Çingiz Mehdiyevin gətirdiyi malların bir qismi yoxlama aparılan müddətə qədər istifadəyə yararsız hala gəlib və ya istifadə olunub. Bu səbəbə görə onların tapılmaması normaldır. Sənədlərdə isə bu qeyd olunmayıb".

Vəkil əlavə edib ki, zərərçəkmiş kimi tanınan “Formula 1”-də işləyən vəzifəli şəxslərin hamısının ifadələri alınmayıb: "Həmin şirkətin əməkdaşları, xüsusən də sərəncam verən şəxslər dindirilmədi. İbtidai istintaqda hazırlanmış ittiham aktında leqallaşdırma maddəsi qoyulub. Çingizin qardaşının Gürcüstanda olan bank hesabına pul köçürülməsi leqallaşdırma hesab olunub. Ekspertizaya aid rəy mütəxəssis rəyi sayıla bilməz. Çünki gömrük bəyannaməsinin rəqəmləri ilə bağlı sadə məsələlərdə səhvlərə yol verilib. Həmin mütəxəssisin məhkəməyə dəvət olunub dindirilməsini xahiş edirik".

Çingiz Mehdiyevin vəkilləri işin düzgün araşdırılmaması ilə bağlı məhkəmə tərkibinə etiraz edəcəyini bildirib.

Növbəti proses martın 3-nə təyin edilib.

 

 

 

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər