Menyu

Ölkənin bəzi ərazilərində süni tənəffüs aparatlarının istifadəsi ilə bağlı təlimlər keçiriləcək

Ölkənin bəzi ərazilərində  süni tənəffüs aparatlarının istifadəsi ilə bağlı təlimlər keçiriləcək
1 dəq oxu

2025-ci ildə hədəfimiz rayonlarda süni tənəffüs aparatlarının istifadəsi ilə bağlı təlimlərin keçirilməsidir.

Operativ Media  xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Səhiyyə Nazirliyində keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, eyni zamanda, tibbi tədris müəssisələrində də bu kimi təlimlərin aparılması hədəflərimizdəndir.

"İndiyə kimi Azərbaycanda minlərlə transplantasiya əməliyyatları icra edilib. Bu əməliyatlara böyrək, qaraciyər, buynuz qişası əməliyyatları aiddir", - deyə o əlavə edib.

Əlaqəli Xəbərlər