Naxçıvan-Bakı avtobus reysləri bərpa ediləcək
Əsəd Abbaslı
Sabahdan etibarən Naxçıvan-Bakı-Naxçıvan istiqaməti üzrə müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən avtobuslar üzrə sadəcə səhər reysləri bərpa ediləcək.
Operativ Media xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Avtomobil Nəqliyyat Agentliyi (NANA) bildirib.
Qeyd edək ki, ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar fevralın 22-də Naxçıvan-Bakı-Naxçıvana istiqaməti üzrə müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən avtobuslar üzrə reyslər müvəqqəti dayandırılmışdı. Hər iki istiqamədə reyslərin tam bərpası hava şəraiti ilə əlaqədar tənzimlənəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net