Menyu

Lerikdə narkokuryerlikdə şübhəli bilinən keçmiş məhkum saxlanılıb

Əziz Əzizli
Lerikdə narkokuryerlikdə şübhəli bilinən keçmiş məhkum saxlanılıb
1 dəq oxu

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, tədbirlərlə əvvəllər məhkum olunmuş 48 yaşlı Səbuhi Şahbazov saxlanılıb. Həmin şəxsdən 10 kiloqram marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, S.Şahbazov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər