Qarlı havalarda baş verən qəzalara görə kim məsuliyyət daşiyir?
Nərmin Qocamanlı
Son günlər ölkə ərazisində qarlı-şaxtalı hava şəraiti müşahidə olunur. Yolların buz bağlaması ilə əlaqədar ölkə ərazisində çox sayda qəza hadisələri baş verib.
Bəs qarlı havalardakı qəzalara görə kim məsuliyyət daşıyır?
Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Operaiv Media-ya açıqlama verib.
O bildirib ki, qəzanın nəticələri hava şəraitinə görə dəyişmir: “Adi qaydada günah daşıyan şəxs necə müəyyənləşdirilirsə, qarlı-buzlu havalarda da həmin qayda da müəyyənləşdirilməlidir”.
Elməddin Muradlı bildirib ki, bəzi sürücülərdə hava şəraiti ilə əlaqədar yanlış ideya formalaşıb: “Bəzi sürücülərimizdə yanlış fikir formalaşıb ki, qarlı havada qəza baş veribsə hər kəs öz maşınını düzəltdirməlidir. Sığortaya və polisə ehtiyac yoxdur. Bu yanlış fikirdir. Adi qaydada qəza baş verirsə mütləq polisə məlumat vermək lazımdır. Polis tərəfindən araşdırma aparılır və araşdırmanın nəticəsi olaraq da bir şəxs məsuliyyət daşıyır. 1 nəfər də haqlı tərəfdir və sığortası dəymiş ziyanı ödəyir”- deyə o qeyd edib.
Qeyd edək ki, ötən gün ərzində 7 sığorta şirkətinə sığortalanmış avtonəqliyyat vasitələri və daşınmaz əmlaklara dəymiş zərərlərlə bağlı ümumilikdə 1493 müraciət daxil olub.
Günay Nəcəfova
Teqlər:
"Qarl\u0131 havalarda ba\u015f ver\u0259n q\u0259zalara g\u00f6r\u0259 kim m\u0259suliyy\u0259t da\u015fiyir?"