Menyu

Kubada Xocalı soyqırımının 33-cü ildönümü anılıb

Nərmin Qocamanlı
Kubada Xocalı soyqırımının 33-cü ildönümü anılıb

Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı Azərbaycanın Kubadakı səfirliyində anım tədbiri keçirilib.

Operativ Media  xəbər verir ki, Havanada akkreditasiya olunan diplomatik korpusun və yerli ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə səfir Ruslan Rzayev çıxış edərək Azərbaycan xalqının 90-cı illərin əvvəllərində müstəqilliyə qədəm qoyduğu ilk vaxtlarda üzləşdiyi faciələr və çətinliklər haqqında danışıb. Səfir 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə erməni hərbi birləşmələrinin Xocalıda dinc və mülki əhaliyə qarşı həyata keçirdiyi soyqırımı barədə məlumat verib.

R.Rzayev Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə siyasətinin yalnız Xocalıda deyil, Azərbaycan xalqının məskunlaşdığı bütün Qarabağ ərazisində aparıldığını, xalqımızın 30 ilə yaxın bir müddətə öz tarixi torpaqlarından zorla didərgin salındığını söyləyib. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər