Menyu

Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Nərmin Qocamanlı
Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
1 dəq oxu

Fevralın 26-sı axşamdan 27-si gündüzədək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir sulu qar, qar yağacağı gözlənilir.
 

Milli Hidrometeorologiya Xidmətindən Operativ Media-ya verilən məlumata görə, yağıntıların yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi ehtimal olunur. 
            
Fevralın 26-sı axşamdan 27-si səhərədək havanın temperaturu 1-3 dərəcə şaxta olacaq.
 
Gözlənilən hava şəraiti ilə əlaqədar gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var.

Əlaqəli Xəbərlər