Menyu

Milli Məclisdə Fransa müstəmləkələrindən olan media nümayəndələri ilə görüş keçirilib

Milli Məclisdə Fransa müstəmləkələrindən olan media nümayəndələri ilə görüş keçirilib

Milli Məclisdə Fransa müstəmləkələrindən olan media nümayəndələri ilə görüş keçirilib.

Operativ Media xəbər verir ki, görüş çərçivəsində parlamentlə tanışlıq və Milli Məclisdə yaradılmış Korsika Xalqına Dəstək Qrupu ilə müzakirələr aparılıb.

Görüşdən öncə əcnəbi jurnalistlər Şəhidlər xiyabanını və “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Parlamentdəki görüşdə çıxış edən Korsika Xalqına Dəstək Qrupunun üzvü Cavanşir Feyziyev bildirib ki, bu gün dünyada müstəmləkəçilikdən əziyyət çəkən ərazilərin olması təəssüfləndiricidir.

Deputatın sözlərinə görə, müstəmləkəçiliyə qarşı çıxan Azərbaycan kimi ölkələrə təzyiq göstərilir.

“Buna baxmayaraq biz mövqeyimizdən çəkinməyəcək, bütün imkanlar vasitəsilə Dənizaşırı ada dövlətlərinin mübarizəsində yanınızda olacağıq”, - C. Feyziyev əlavə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər