Menyu

İqtisadiyyat Nazirliyinin rəhbərliyi “Ana harayı” abidəsini ziyarət edib

İqtisadiyyat Nazirliyinin rəhbərliyi “Ana harayı” abidəsini ziyarət edib

İqtisadiyyat Nazirliyinin rəhbərliyi Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.

Bu barədəOperativ Media nazirliyə istinadən xəbər verir.

Bildirilib ki, abidənin önünə gül dəstələri düzülüb, soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.

Xatırladaq ki, Xocalı soyqırımı bəşər tarixində insanlıq əleyhinə ən ağır cinayətlərdəndir. Amma cəmiyyətimizi sarsıtmaq üçün xüsusi qəddarlıqla törədilmiş bu kütləvi qırğın xalqımızın mübarizə əzmini qıra bilmədi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun antirerror tədbirləri nəticəsində dövlət suverenliyimiz tam bərpa edilib, Xocalı separatçılardan təmizlənib. Bu gün Xocalıda üçrəngli bayrağımız qürurla dalğalanır, keçmiş məcburi köçkünlər öz yurdlarına qayıdır, firavan gələcəyin və iqtisadi tərəqqinin əsası qoyulur. Bunlar haqq-ədalətin təntənəsini nümayiş etdirir.

Artıq Xocalı qətliamından 33 il keçir. Onilliklər keçsə də, bu dəhşətli hadisə hər birimizin yaddaşına əbədi həkk olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər