Menyu

Könüllülərinin iştirakı ilə “Xocalı 33 il” fləşmobu keçirilib

Könüllülərinin iştirakı ilə “Xocalı 33 il” fləşmobu keçirilib

Azərbaycan könüllülərinin iştirakı ilə “Xocalı 33 il” fləşmobu keçirilib.

Operativ Media xəbər verir ki, fləşmob Azərbaycan Gənclər Fondu, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunub.

500 nəfər Azərbaycan könüllüsü fəalının iştirak etdiyi fləşmobun keçirilməsində əsas məqsəd Xocalı soyqırımının unudulmaması, dünya ictimaiyyətinə bu soyqırım həqiqətlərinin çatdırılması və Xocalı qurbanlarının əziz xatirəsinin anılmasıdır.

Fləşmob zamanı Azərbaycan könüllülərinin iştirakı ilə “Badam çiçəyi” - “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının simvolu canlandırılıb. Onlar "Xocalıya ədalət!" şüarını səsləndirərək, faciənin beynəlxalq səviyyədə tanıdılması və ədalətin bərqərar olunması üçün çağırış ediblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər