Menyu

“AzerGold” QSC-nin nümayəndə heyəti Türkiyəyə işgüzar səfər edib

“AzerGold” QSC-nin nümayəndə heyəti Türkiyəyə işgüzar səfər edib
1 dəq oxu

“AzerGold” QSC-nin nümayəndə heyəti Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə işgüzar səfər edib.

Operativ Media xəbər verir ki,səfər iki ölkə arasında dağ-mədən sahəsində əlaqələrin möhkəmləndirilməsi, geoloji kəşfiyyat, hasilat, qiymətli metalların emalı, laborator tədqiqi sahəsində təcrübə mübadiləsinin aparılması məqsədilə həyata keçirilib.

Səfər çərçivəsində “AzerGold” QSC-nin nümayəndələri Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsində (MTA – Maden Teknik Arama Genel Müdürlüğü) olublar. Ziyarət zamanı tərəflər arasında mövcud əlaqələrin gücləndirilməsi, innovasiya və texnoloji yeniliklərin öyrənilməsi, ortaq layihələrin idarə olunması istiqamətində səmərəli və faydalı müzakirələr aparılıb. 

Əlaqəli Xəbərlər