M10 mart ayından etibarən bəzi xidmətlərə görə komissiya tutacaq
Nərmin Qocamanlı 1225 baxış
Mart ayından etibarən m10 istifadəçiləri üçün bəzi əməliyyatlar üzrə yeni tariflər qüvvəyə minəcək.
Operativ Media xəbər verir ki, bu barədə m10 öz istifadəçilərinə məlumat göndərib.
Məlumata görə, digər m10 hesabına köçürmələr və m10 hesabından karta köçürmələr üçün aylıq 5000 manatadək əməliyyatlar komissiyasız olacaq. Bu limiti keçdikdən sonra isə istifadəçilər 0.5% komissiya ödəməli olacaqlar.
QR kod vasitəsilə nağdlaşdırma əməliyyatlarında 1% komissiya tətbiq ediləcək və minimum məbləğ 1 manat olacaq. Lakin m10 hesabının artırılması əvvəlki kimi komissiyasız qalacaq.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma