Menyu

“Psixoloji yardım” standartlaşdırılması üzrə yeni Texniki Komitə yaradılıb

“Psixoloji yardım” standartlaşdırılması üzrə yeni Texniki Komitə yaradılıb

“Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ (AZSTAND) tərəfindən “Psixoloji yardım” standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK49) təsis edilib.

AZSTAND-dan Operativ Media-ya bildirilib ki, AZSTAND/TK49 psixoloji yardım üzrə ümumi tələblərin formalaşdırılması, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlarla aparılan işlərlə bağlı dövlət standartlarının hazırlanmasında maraqlı tərəflərin iştirakını təmin etmək məqsədilə yaradılıb.

Texniki Komitənin fəaliyyətində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi, 2 saylı Psixiatrik Kliniki Xəstəxana, Eksperimental Psixoloji Laboratoriya, "PUZZLE GROUP" Psixo-Sosial Reabilitasiya Mərkəzi və AZSTAND-ın nümayəndələri iştirak edirlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər