Menyu

Qazaxıstanda Xocalı soyqırımı ilə bağlı anım tədbirləri keçirilib

Qazaxıstanda Xocalı soyqırımı ilə bağlı anım tədbirləri keçirilib

Qazaxıstanın Almatı və Şimkənd şəhərlərində, Türküstan vilayətində Xocalı soyqırımı ilə bağlı anım tədbirləri keçirilib.

Bu barədə Operativ Media-ya  Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Almatı şəhərində fəaliyyət göstərən "Ata Yurd - Nomad" Respublika İctimai Birliyinin təşkilatçılığı ilə keçirilmiş tədbir Xocalı soyqırım qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Birliyin sədri Süleyman Əhmədov və Azərbaycanın Almatı şəhərindəki konsulu Anar Hüseynzadə çıxış edərək soyqırımı haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Xocalıya səfərləri, sakinlərlə görüşləri xatırladılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər