Menyu

DYP-də Xocalı soyqırımının ildönümü ilə bağlı anım tədbiri keçirilib

Əsəd Abbaslı
DYP-də Xocalı soyqırımının ildönümü ilə bağlı anım tədbiri keçirilib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Operativ Media xəbər verir ki, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan Baş idarə rəisi Xocalı soyqırımının heç zaman unudulmayacağını, həlak olanların əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını bildirib.

Tədbirdə Xocalı soyqırımının XX əsrin faciəsi kimi tarixə düşməsi, vandalizm aktına ilk dəfə Ulu Öndər tərəfindən hüquqi qiymət verilməsi, erməni barbarlığının dünyaya çatdırılmasında “Xocalıya Ədalət” kampaniyasının müstəsna rol oynaması, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun düşməndən layiqli qisas alması xüsusi vurğulanıb, qətliamın mahiyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Teqlər:

"DYP-d\u0259 Xocal\u0131 soyq\u0131r\u0131m\u0131n\u0131n ild\u00f6n\u00fcm\u00fc il\u0259 ba\u011fl\u0131 an\u0131m t\u0259dbiri ke\u00e7irilib"

Əlaqəli Xəbərlər