Menyu

Masallının bəzi ərazilərində telekommunikasiya xidmətlərindən istifadədə çətinlik yaranıb

Əsəd Abbaslı
Masallının bəzi ərazilərində telekommunikasiya xidmətlərindən istifadədə çətinlik yaranıb

Fevralın 26-da axşam saatlarından etibarən Masallı rayonunun inzibati ərazisinin bəzi hissələrində "Azercell Telekom" MMC-dən asılı olmayan səbəblərdən telekommunikasiya xidmətlərindən istifadə edərkən müvəqqəti çətinliklərlə qarşılaşılması mümkündür.

Operativ Media xəbər verir ki, bu barədə "Azercell" açıqlama yayıb.

"Yaranmış halın aradan qaldırılması üçün müvafiq ərazidə telekommunikasiya şəbəkəsinin fəaliyyətini təmin edən fiber optik kabellərin zədələnmiş hissələrinin bərpası istiqamətində təcili tədbirlər görülməkdədir.

Yaranmış narahatlığa görə təəssüf edir və bildiririk ki, tez bir zamanda bu istiqamətdə tam normal əsaslarla xidmət göstərilməsi imkanı təmin ediləcək", - açıqlamada deyilir.

Teqlər:

"Masall\u0131n\u0131n b\u0259zi \u0259razil\u0259rind\u0259 telekommunikasiya xidm\u0259tl\u0259rind\u0259n istifad\u0259d\u0259 \u00e7\u0259tinlik yaran\u0131b"

Əlaqəli Xəbərlər