Menyu

ADY vağzal, stansiya və dayanacaqlarda intensiv təmizlik və təhlükəsizlik tədbirləri həyata keçirir

ADY vağzal, stansiya və dayanacaqlarda intensiv təmizlik və təhlükəsizlik tədbirləri həyata keçirir
1 dəq oxu

Qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar olaraq, ADY vağzal, stansiya və dayanacaqlarda intensiv təmizlik və təhlükəsizlik tədbirləri görür.

Operativ Media xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, platformalar, piyada keçidi və körpüləri qardan təmizlənir, sərnişinlərin rahat və təhlükəsiz hərəkəti üçün xüsusi cığırlar salınır.

Sərnişinlərdən platformalarda hərəkət zamanı ehtiyatlı olmalarını, dəmiryol xətlərini keçərkən müvafiq keçidlərdən istifadə etmələrini xahiş edir, təhlükəsiz səfərlər diləyirik.

Əlaqəli Xəbərlər