Menyu

Xocalıya köçürülən sakinlərdən 200-dən çox şəxsin məşğulluğu təmin edilib

Nərmin Qocamanlı
Xocalıya köçürülən sakinlərdən 200-dən çox şəxsin məşğulluğu təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərimizdə aktiv məşğulluq proqramlarını davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Operativ Media-ya verilən məlumata görə, bu sahədə görülən işlər çərçivəsində Agentlik doğma yurd yerlərinə - Xocalı şəhərinə və Xocalı rayonunun Ballıca kəndinə köçürülən sakinlərdən artıq 200-dən çox şəxsin məşğulluğunu təmin edib. O cümlədən Xocalının 40 sakini üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub.

Hazırda daha 80 sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər