Menyu

Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

Nərmin Qocamanlı
Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

Qarlı hava şəraiti ilə bağlı hazırda Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Bu barədə Operativ Media  “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.

Bildirilib ki, keçidlər və açıq hava sahələri müntəzəm təmizlənir, buzlanmaya qarşı qum və duz səpilir.

Məlumatda həmçinin qeyd edilib ki, qatarlar qrafikə tam uyğun hərəkət edir, yubanma yoxdur.

“Bakı metrosunun işçi heyət tam gücü ilə çalışır və sərnişinlərə fasiləsiz xidmət göstərilir. Platformalar daim nəzarətdədir, təhlükəsizlik təmin edilir”, deyə məlumatda deyilir.

Bundan başqa, depo yollarında yoldəyişdirici qurğular qardan təmizlənir və qatarların fasiləsiz hərəkəti üçün açıq saxlanılır. Əlavə ehtiyat qatarlar hazır vəziyyətdədir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər