Menyu

“Sosial xidmət” haqqında qanunda edilən dəyişiklik kimlərə şamil olunmalıdır?

Əsəd Abbaslı
“Sosial xidmət” haqqında qanunda edilən dəyişiklik kimlərə şamil olunmalıdır?

Milli Məclisin Əmək və sosial siyasət komitəsi Azərbaycanda sosial xidmətin növləri artırılmasıilə bağlı “Sosial xidmət haqqında” qanuna dəyişiklik edilməsi təklif edilib. Qeyd olunub ki, hazırkı qanunvericilik aktında asudə vaxtının səmərəli təşkil olunması yalnız sosial-pedaqoji xidmətin tərkibində göstərilib. Sosial-pedaqoji xidmətdə isə yalnız yetkinlik yaşına çatmayanların inkişafındakı geriliklərin və davranışındakı pozuntuların profilaktikasına nəzərdə tutulduğundan, digər kateqoriyadan olan çətin həyat şəraitində olan şəxslərin bu xidmətdən istifadə etməsi mümkün olmurdu. Bunları nəzərə alaraq “Sosial xidmət” haqqında qanunda yeni - sosial-mədəni xidmət növü əlavə edilib.

Mövzu ilə bağlı Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayamlı Operativ Media -ya danışıb:

O bildirib ki, bütün vətəndaşların sosial-mədəni xidmətlərə əlçatanlığı təmin olunmalıdır:

“Müxtəlif səbəblərdən sosial-mədəni xidmətlərdən istifadə edə bilməyən vətəndaşlara dövlət bu xidməti təmin etməlidir. Vətəndaşların eyni imkanlara malik olması üçün bu addım son dərəcə vacibdir. Bu kimi sosial xidmətlər dünyanın bütün ölkələrində təşkil olunur. Bizdə də sosial xidmətlərin növlərinin artırılması vacibdir. Çoxsaylı sahələrdə bu kimi xidmətlər artırılmalıdır.

Bu həmin şəxsləin cəmiyyətə inteqrasiyasına imkan verir. Bununla cəmiyyətdə sosial ədalətin daha da tənzimlənməsinə gətirib çıxaracaq. Bütün sosial dövlətlərdə vətəndalara bu hüquq tətbiq olunur. Azərbaycanda da bu kimi addımlar qanunvericilikdə mövcuddur.

Məsələn seçki proseslərində müəyyən çətinlikləri və sosial xidmətə ehtiyacı olan şəxslərə xüsusi xidmət göstərilir. Onlar öz hüquqlarından istifadə edə bilirlər. Eyni zamanda ölkənin digər ictimai və sosial-mədəni həyatında iştiraklarının təmin olunması üçün bu kimi xidmətlər göstərilməlidir. Həmin şəxslər cəmiyyətə adaptasiya olunmalıdır. Qanunvericilikdə bu kimi dəyişikliklər vacibdir.

Sadəcə olaraq, bunun həyata keçirilmə mexanizmi dəqiqləşdirilməlidir. Çünki qeyd olunan çətin həyat şəraiti ümumi bir anlayışdır. Aydındır ki, əlilliyi və xəstəliyi olan şəxslərə dövlət tərəfindən köməklik göstərilir. Amma digər şəxslər çətin həyat şəraiti yaşayan və məcburi səbəblərdən sosial əlçatanlığı olmayan şəxslər necə müəyyən ediləcək və onlara hansı formada bu kimi xidmətlər göstəriləcək və bu mexanizm nəcə qurulacaq? Bunları araşdırmaq lazımdır. Elə etmək lazımdır ki, həmin şəxslər öz hüquqlarını bilsin və bu hüquqlardan istifadə etmək üçün müraciət etsinlər. Yəqin ki qanuna yaxın zamanlarda aydınlıq gətiriləcək. Bununla da cəmiyyətdə hər bir vətəndaş sosial və mədəni hüquqlarını tələb edə biləcək. Bu qanunun qəbul olunması ölkədə sosial bərabərliyin irəliləməsi üçün ciddi bir addımdır”.

Teqlər:

"\u201cSosial xidm\u0259t\u201d haqq\u0131nda qanunda edil\u0259n d\u0259yi\u015fiklik kiml\u0259r\u0259 \u015famil olunmal\u0131d\u0131r?"

Əlaqəli Xəbərlər