İradə Hüseynova: Azərbaycan florasında olan bitkilərin 35 faizdən çoxu Qarabağda yayılıb
İşğaldan azad olunmuş ərazilərdə 165 nəsli kəsilmək təhlükəsində olan bitki növü var.
Operativ Media xəbər verir ki, bunu AMEA-nın vitse prezidenti, Ekoloji məsələlər üzrə işçi qrupun üzvü, İradə Hüseynova işçi qrupun bu gün Zəngilanda keçirilən iclasında deyib.
"Işgaldan azad edilmiş ərazilərdə 57 fəsilə və 99 cinsə aid nəsli kəsilmək təhlükəsində olan, 34 fəsilə və 84 cinsə aid 119 endem və subendem növ var", - o bildirib.
İ.Hüseynova qeyd edib ki, Azərbaycan florasında olan bitkilərin 35 faizdən çoxu Qarabağda yayılıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma