Menyu

Tahir Mirkişili : Bu gün 611 min uşağa 13 adda sosial müavinət ödənilir

Tahir Mirkişili : Bu gün 611 min uşağa 13 adda sosial müavinət ödənilir
1 dəq oxu

XX əsrdə övlada xərclənən vəsaitə daha çox investisiya kimi baxılıb, yəni hesab edirdilər ki, övlad böyüyəndə valideynə baxmalıdır və qazancını valideynlə bölüşməlidir.

Operativ Media  xəbər verir ki, bunu bu gün Milli Məclisi İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Tahir Mirkişili “Qadın iştirakçılığının təbliği” mövzusuna həsr olunan konfransda çıxışı zamanı deyib.

O bildirib ki, lakin dövlət XX əsrin sonlarında insan kapitalının formalaşması məsuliyyətini ailədən alıb öz üzərinə götürdü:

“Beləliklə, insan kapitalı cəmiyyətin inkişafına daha çox töhfə verməyə başladı. Bu gün 611 min uşağa 13 adda sosial müavinət ödənilir. Bu isə dövlətin uşaqlarla gördüyü işin sadəcə kiçik bir hissəsidir”.

Əlaqəli Xəbərlər