Menyu

Həkəri çayı hövzəsində kiçik balıqçılıq təsərrüfatlarının yaradılması ilə bağlı layihənin icrasına başlanılıb

Həkəri çayı hövzəsində kiçik balıqçılıq təsərrüfatlarının yaradılması ilə bağlı layihənin icrasına başlanılıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında bir sıra ağacəkmə layihələri, tullantıların təmizlənməsi, idarə edilməsi, yanğın təhlükəsizliyi qaydalarına riayət olunması ilə bağlı aksiyalar və tədbirlər həyata keçirilib. Regionda aparılan genişmiqyaslı bərpa işləri nəticəsində əmələ gələn antropogen təsirlərin minimuma endirilməsi və aradan qaldırılması məqsədilə xüsusi nümayəndəlik də təbii landşaftın qorunması üçün bir sıra işlər görüb. Belə ki, 2021-ci ildən başlayaraq Qubadlı rayonunda 20, Zəngilan rayonunda 25, Cəbrayıl rayonunda isə 14 istismar olunmuş qum-çınqıl yataqlarında torpağın istismardan əvvəlki vəziyyətinə qaytarılması üçün bərpa işləri həyata keçirilir.

Operativ Media  xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Ekoloji məsələlər üzrə işçi qrupun Zəngilanda keçirilən iclasında deyib.

O bildirib ki, həmçinin Zəngilan və Qubadlı rayonları ərazisində gələcəkdə məşğulluğun təmin edilməsi üçün Həkəri çayı hövzəsində kiçik balıqçılıq təsərrüfatlarının yaradılması ilə bağlı layihənin icrasına başlanılıb: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə araşdırmalar aparılıb, ərazilərə baxış keçirilib, yerlər müəyyənləşdirilib. Həmin yerlərdən birində işlərə başlanılıb. Bu, kiçik ailə təsərrüfatlarının yaradımasına bir töhfə olacaq”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər