Menyu

İşğaldan azad olunmuş 8 rayonda bərk tullantıların idarəsi ilə bağlı poliqonların inşasına başlanılıb

İşğaldan azad olunmuş 8 rayonda bərk tullantıların idarəsi ilə bağlı poliqonların inşasına başlanılıb
1 dəq oxu

İşğaldan azad olunmuş 8 rayonda bərk tullantıların idarəsi ilə bağlı poliqonların inşasına başlanılıb.

Operativ Media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Faiq Mütəllimov jurnalistlərə açıqlamasında deyib.

"İşğaldan azad olunmuş 8 rayonda bərk tullantıların idarə olunması ilə bağlı poliqonlar təşkil edilib, layihələndirilib, artıq tikintisinə başlanılır. Eyni zamanda, Xankəndidə ərazilərdən tullantıların təmizlənməsi həyata keçirilib. Həm üzvi tullantılar, həm təkrar əmala gedəcək tullantılar üçün xüsusi konteynerlər qurulub".

O həmçinin qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə tullantıların idarəsi ilə əlaqəli regional strategiya hazırlanıb və hazırda yenilənmə mərhələsindədir.

Əlaqəli Xəbərlər