Sabah Azərbaycan qazının Avropadan yeni alıcıları məlum ola bilər - EKSPERT
Nərmin Qocamanlı
Fevralın 3-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının 9-cu iclası əvvəlkilərdən kifayət qədər fərqli olacaq.
Bunu Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban "Operativ Media"ya açıqlamasında bildirib.
Ekspert qeyd edib ki, əsas mövzu Azərbaycanda qaz hasilatı, Azərbaycanın qaz resursları, onların bazarlara çıxarılması və nəqli imkanlarıdır.
“Ancaq məhz bu toplantıda hesab edirəm ki, Avropadan Azərbaycan qazının yeni alıcıları, hansı həcmdə qaz almaları və Azərbaycan Prezidentinin Budapeştdə son səfəri zamanı açıqladığı bir sıra məqamlara işıq salınacaq. Yəni, cənab Prezident qeyd eləmişdi ki, biz Avropanın vaxtilə, uzun müddət bu layihə üzərində işlədiyi, ancaq həyata keçirə bilmədiyi Nabucco layihəsini canlandırırıq. Həqiqətən də Azərbaycan qazının alıcıları içərisində Şərqi Avropa və Mərkəzi Avropa ölkələri üstünlük təşkil edərsə, bu o deməkdir ki, Azərbaycan qazının Avropaya çıxarılacağı əlavə qaz həcmlərinin əsas hissəsi də məhz vaxtilə 2013-cü ildə kommersiya cəhətdən baş tutmamış, yəni o zaman cəlbedici olmamış Nabucco-West layihəsi üzrə hərəkət edəcək. Təbii ki, burada Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 9-cu toplantısında Avropa Enerji Komissarının şəxsən özünün iştirak etməsi bu tədbirin Azərbaycanın nə qədər Avropanın enerji təhlükəsizliyi üçün verəcəyi töhfəni göstərir”.
Teqlər:
"Sabah Azərbaycan qazının Avropadan yeni alıcıları məlum ola bilər - EKSPERT"