Menyu

Nərimanovda obyektdə yanğın baş verib

Nərmin Qocamanlı
Nərimanovda obyektdə yanğın baş verib
1 dəq oxu

Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 1600 m² olan obyektin sahəsi 8 m² olan otağında taxta tullantıları və əşyalar yanıb.

Fövqəladə Hallar Nazirliyindən Operativ Media-ya bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Obyekt yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlaqəli Xəbərlər