Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən 1-2 mart tarixlərində növbəti dəfə “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.
KTN-dən Operativ Media-ya verilən məlumata görə, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada 20 rayondan 50-yə yaxın fermerin iştirakı gözlənilir.
Bildirilib ki, əvvəlcədən qeydiyyatdan keçən fermerlər 150 çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net