“Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi start götürüb

Nərmin Qocamanlı
“Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi start götürüb
“Yüksəliş” müsabiqəsinə qeydiyyat aprelin 10-a kimi davam edəcək

"Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi start götürüb. Qeydiyyat “Yüksəliş” müsabiqəsinin rəsmi internet səhifəsi olan “yukselish.az” vasitəsilə həyata keçirilir və aprelin 10-a kimi davam edəcək.

Operativ Media xəbər verie ki, bu barədə gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev beşinci müsabiqə üçün keçirilmiş mətbuat konfransında açıqlama verib.

O, dörd il ərzində “Yüksəliş” müsabiqəsinin nəticələri barədə ətraflı hesabat təqdim edib, müsabiqənin keçirildiyi dövr ərzində əldə olunan uğurlar, iştirakçıların statistikası və qaliblərin nailiyyətləri barədə məlumat verib. Hesabatda həmçinin müsabiqənin iştirakçılar üçün yaratdığı imkanlar, mentorluq proqramı və qaliblərin karyera yüksəlişləri barədə ətraflı informasiya təqdim olunub.

" “Yüksəliş” müsabiqəsi ölkədə liderlik potensialının artırılması və innovativ idarəetmə bacarıqlarının inkişaf etdirilməsi baxımından mühüm platformaya çevrilib",- deyə Fərhad Hacıyev bildirib.

Digər xəbərlər