Menyu

“Azərbaycan Dəmir Yolları” QSC lisenziya və icazə tələbindən azad olunur

Nərmin Qocamanlı
“Azərbaycan Dəmir Yolları” QSC lisenziya və icazə tələbindən azad olunur

Milli Məclis “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və onun strukturuna daxil olan qurumların öz fəaliyyət istiqamətləri üzrə müvafiq işləri görməsi üçün lisenziya və icazə tələbinin ləğvini təsdiqləyib.

Operativ Media xəbər verir ki, bununla bağlı "Nəqliyyat haqqında" qanunda dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub.

Dəyişiklik nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin idarə edilməsində vahid prinsiplərin tətbiqinə, öz fəaliyyət istiqamətləri üzrə müvafiq işləri çevik, operativ görə bilməsinə xidmət edir. Belə ki, analoji qayda Ticarət Gəmiçiliyi Məcəlləsi, “Avtomobil yolları haqqında” və “Kosmik fəaliyyət haqqında” qanunlarla müvafiq olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyə ("Azərkosmos") də tətbiq edilib.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər